Dünya futbolu

Van Persi yenidən Britaniyaya yollanır

“Fənərbaxça”nın hollandiyalı hücumçusu Robin van Persi yeni mövsümdən Şotlandiya çempionatında oynaya bilər. 

İdmanxeber.com-un İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu “Qlazqo Reyncers”in maraq dairəsinə düşüb. 

İstanbul təmsilçisinin rəhbərliyi ilə Van Persi artıq “Fənərbaxça”dan ayrılmağı ilə bağlı razılığa gəlib. O, Şotlandiya klubu ilə anlaşsa, yeni mövsümdən “Qlazqo Reyncers”in şərəfini qoruyacaq. 

Qeyd edək ki, ötən mövsüm “Fənərbaxça”nın heyətində 48 oyun keçirən van Persi 22 qol vurub .


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43