İdman

Van Persinin yazdıqları başına bəla oldu: 20 min avro cəzalanacaq

“Fənərbaxça” rəhbərliyi futbolçuları Robin van Persini cəzalandıra bilər.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb futbolçunun şəxsi sosiyal hesabında klub haqqında yazdıqlarıdı. İstanbul klubunun hollandiyalı oyunçunun zədələnməsi haqda yaydığı xəbərlərdən sonra Robinin sosiyal şəbəkədə “Fənərbaxça”nın məndən icazəsiz açıqlama verməsi xoş olmadı” ifadələri futbolçuya baha başa gələ bilər. Belə ki, “sarı lacıvərdlilər” hücumçunu 20 avro pul məbləğində cəzalandırmağı düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43