30 Sentyabr 2024
Kateqoriyasız

Van Qal deyir ki, Mourinyo “çörəyimə dəyməyəcək”

“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal mövsümün sonu onu Joze Mourinyonun əvəzləyəcəyi iddialarına aid sualları cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə RTL7-yə müsahibə verib.

Van Qal bu iddiaları gülünc adlandırıb. Hollandiyalı mütəxəssis mətbuatın bu cür xəbərlərlə qalmaqal yaratmağa çalışdığını vurğulayıb:

“Bu xəbərlər çıxandan sonra Mourinyo ilə bir neçə dəfə danışmışam. Mənə “Mançester Yunayted”i çalışdıracağını söyləməyib. Bütün xəbərlər yalandır. Klubumun bu məsələ ilə bağlı bir şey etməsini istəmirəm. Çünki mediada çıxan xəbərlərə görə onların günahı yoxdur. Mən və klub rəhbərliyi yazılanlara fikir vermirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43