Paytaxtın AZAL klubu yeni transferi Vaqif Cavadovu PFL-də qeydiyyatdan keçirib.
İdmanxeber.com-un məlumatına görə, Şüvalan təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayan millimizin sabiq üzvü qarşıdakı oyunlarda komandasına kömək edə biləcək.
O, yeni klubunda 70 nömrəli forma altında çıxış edəcək.