İdman

Vaqif Cavadov: “Azərbaycan çempionatı üçün darıxmışam”

“Keşlə”nin futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları “Səbail” matçı sonrası İdmanxeber.com-a açıqlama verib. 1:1 hesablı bərabərliklə bitən qarşılaşmaya şərh verən yığmamızın sabiq forvardı meydana qələbə üçün çıxdıqlarını bildirdi:

“Hər iki komanda 3 xalı arzu edirdi. İlk oyunlar hər zaman gərgin olur. Düşünrəm ki, bərabərlik ədalətli nəticə idi. Baş məşqçi hər şeyi kənardan görür, İnşallah, kollektiv şəkildə yaxşı nəticələr qazanacağıq. Azərbaycan çempionatı üçün darıxmışam. Oyuna sonradan daxil olmağım, fiziki durumumla bağlı deyildi. Sadəcə məşqçinin qərarı idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43