Milli komanda

Vaqif Cavadov: “Bu məğlubiyyəti faciəyə çevirməməliyik”

“Rusiya ilə oyun bizim üçün vacib idi. Çünki biz “Avro-2016″nın seçmə mərhələsinə hazırlaşırıq. Buraxılan iki erkən qolun oyuna təsiri oldu. Bəli, nəticə bizim pis oyunumuzdan xəbər verir. Ancaq mən Azərbaycan yığmasının bu görüşdə pis oynadığını deməzdim. Çünki biz mübarizə apardıq, xüsusilə də ikinci hissədə”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin üzvü Vaqif Cavadov deyib.

Cavadov böyükhesablı yenilgini faciəyə çevirməməyi düşünür:

“Düşünürəm ki, bu məğlubiyyəti faciəyə çevirməməliyik. Əsas sentyabrın 9-da qarşılaşacağımız Bolqarıstanla seçmə mərhələ oyunudur. Bu görüşə hazırlaşmaq üçün hələ vaxtımız var. Həmin oyuna fərqli motivasiya ilə çıxacağıq. Bu futboldur. Bəzən belə məğlubiyyətlər ola bilər, ancaq həyat davam edir”.

Qeyd edək ki, yoldaşlıq görüşündə Rusiyaya 0:4 hesabı ilə uduzan millimiz sentyabrın 9-da “Avro-2016″nın seçmə mərhələsi çərçivəsində evdə Bolqarıstanla qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43