Müsahibə

Vaqif Cavadov: “Məqsədim bombardir olmaq yox, komandanı çempion etməkdi” – MÜSAHİBƏ

"İnter"in və Premyer Liqanın hal-hazırkı bombardiri Vaqif Cavadovun idmanxeber.com saytına müsahibəsi. 

– Antalya hazırlığını necə dəyərləndirərdin?

İlk dəfə idi biz Antalyada hazırlaşırdıq. Çempionata demək olar ki, hazırıq. Bildiyiniz kimi çempionata pis start vermişdik. Artıq bu səhvlərimiz üzərində işlədik və düşünürəm ki, qalan turlarda bunu təkrar etməyəcəyik. 

– Yoxlama görüşlərində nəticə önəmli olmasa da, sınaqçı rəqiblərinizə baxdıqda heç də güclü komandalar olmadı. 

Biz elə də güclü komandalara qarşı oynamadıq. Lakin unutmayaq ki, alman klubları həmişə güclü olur. Əsas rəqib, nəticə deyil. Əsas olan bu toplanışda olan səhvləri aradan qaldırmaqdı ki, bunlar üzərində də işlədik. Ola bilsin ki, fasilədən sonra ilk iki turda oyun praktikası cəhətdən hər hansı problem yaşansın. Ümumilikdə isə biz çempionata hazırıq.

– Yeni transferlərlə bağlı nə deyərdin? 

Bu transferlərə vaxt lazım olacaq. Düşünürəm ki, onlar "İnter"in gücünə güc qata biləcək oyumçulardı. 

– "İnter" 18 turda qeyri-stabil çıxış etdi. Bu dəfə necə olacaq?

Mən məhz ona görə dedim ki, ilk turlarda çalışacağıq ki, qələbə qazanaq. Bu dəfə yaxşı start götürmək istəyirik. Təkcə bundan qorxuruq ki, yenə məğlubiyyətlə başlayaq.

– Premyer Liqanın ən sərrast hücumçusu sənsən. Komandanın hazırkı vəziyyətini də nəzərə alsaq, sənin üzərinə böyük məsuliyyət düşür.

Mən hücuçu deyiləm, yarımmüdafiəçiyəm. İnanıram ki, yenidən qol vurub komandama kömək edim. Məqsədim bombardir olmaq yox, komandamı çempion etməkdi. 

– AZAL-la qarşılaşacaqsız. Bu oyunla bağlı düşüncələrini öyrənmək istəyərdim.

Vaqif Sadıqov yaxşı komanda yığıb. Çətin oyun olacaq. İlin ilk rəsmi matçı olacağından onlar da qələbə qazanmağa çalışacaqlar. Lakin meydan amilindən yararlanıb, 3 xalı qazanmaq istəyirik.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43