Ölkə futbolu

Vaqif Cavadov “Qəbələ”nin futbolçusu oldu

"Qəbələ" "transfer pəncərəsi"nin son günündə daha bir keçidi həll edib.

İdmanxeber.com-un məlumatına görə, klub "Xəzər Lənkəran"ın futbolçusu Vaqif Cavadovu mövsümün sonunadək icarəyə götürüb.

"Xəzər Lənkəran" tərəfi də qaynar.info-ya bu xəbəri təsdiqləyib. Cənub klubundan bildirilib ki, "Qəbələ" tərəfi bu keçid üçün onlara müraciət edib. "Xəzər Lənkəran" isə Azərbaycan futbolunun inkişafı naminə öz futbolçusunun "Qəbələ"də icarə əsasında oynamasına razılıq verib.

Qeyd edək ki, "Xəzər Lənkəran" qoyulan transfer qadağasına görə Vaqif Cavadovu oynada bilmirdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43