Müsahibə

Vaqif Cavadov: “Təqsir futbolçulardadı” – MÜSAHİBƏ

İnter”in hücumçusu Vaqif Cavadovun müsahibəsi

– AZAL-la oyunda qələbə qazanmaqla xallarınızın sayını 13-ə çatdırdınız. Ümumiyyətlə oyun haqda fikirlərini bilmək maraqlı olardı…

– Bu oyunda vacib 3 xal qazandıq. Yavaş-yavaş öz oyunumuzu tapırıq. İnanıram ki, növbəti oyunlarda da qələbələrin davamı gələcək. Baxmayaraq ki, ötən turda “Qəbələ”yə məğlub olduq, amma həmin oyunda yaxşı oyun nümayiş etdirmişdik, həmçinin bugünkü oyunda. Mən deyərdim ki, bu cür davam etsək “İnter” turnir cədvəlindəki layiqli yerini tutacaq.

– “İnter” keçirdiyi 11 oyuna cəmi 13 xal toplaya bilib. Yəqin ki, bu nəticə səni qane etmir..

– Əlbəttə ki, bu pillədə qərarlaşmaq xoş deyil.

– Bəs bu zəif nəticənin səbəbkarları kimlərdir?

– Təqsir futbolçulardadı. Futbolçular da artıq öz üzərlərinə düşən məsuliyyəti başa düşür. Oyun planımızda da heç bir problem yoxdu. Yavaş-yavaş “İnter” öz oyununu tapır və bu nəticədə də özünü göstərir.

– Kaxaber Sxadadze bu mövsüm “İnter”i 11 oyuna çıxarıb və komanda bu oyunların 6-da məğlubiyyətlə üzləşib..

– Nəinki Sxadadze, heç mənim də futbolçu karyeramda bu cür nəticə qeydə alınmamışdı. Bu futboldu və güclü komandalar bu vəziyyətlərdən çıxmağı bacarırlar. Biz öz yolumuzu gedirik. Düşünürəm ki, hər şey öz qaydasına düşməkdədi.

– Yəni düşünürsənki baş məşqçiniz komandanı bu vəziyyətdən çıxarmağa qadirdi..

– Artıq Sxadadze bizi bu vəziyyətdən çıxarıb. Ola bilər ki, siz düşünürsüz ki, çıxarmayıb, amma mən belə hesab edirəm ki, çıxarıb.

Sportlife.az

Oxşar xəbərlər

Əmrah Çəlikəl: “Bu anlamda sizdən də kömək gözləyirəm” – MÜSAHİBƏ

admin

“Neftçi”də bir neçə futbolçu ilə paltardəyişmə otağını bölüşmüşük” – Stiven Monroz

admin

Dənizlinin istəmədiyi futbolçu: “Lənkəranda mənə elə də çox şans verilməmişdi” – MÜSAHİBƏ

admin