08 Sentyabr 2024
Müsahibə

Vaqif Cavadov: “Xəzər Lənkəran”ın necə gəldi oynayacağını düşünmürəm” – MÜSAHİBƏ

“İnter”in bombardiri Vaqif Cavadovun idmanxeber.com saytına müsahibəsi.

– “Bakı” üzərində böyükhesablı qələbə qazandınız. Avrokuboklara getmək yolunda 99% işi bitirmisiz.

Biz axırıncı yerlərdə gedərkən hami deyirdi ki, “İnter” turnir cədvəlində qalxmayacaq. Ancaq indi ikinci pillədəyik. Hələ 5 tur var, ona görə tələsməyək. Əgər qarşıdakı turlarda da beləı çıxış etsək demək olar ki, Avroliqaya gedərik. Məncə bu belə də olacaq. 

– Bu tur iddiası olmayan “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu sizin üçün elə də çətin oyun olmamalıdı. Sən nə düşünürsən?

Yox, mən belə düşünmürəm. Çünki “Xəzər Lənkəran” sıradan bir komanda deyil. Onların avrokuboklara getmək şansı olmasa da, bu oyuna 3 xal qazanmaq üçün çıxacaqlar. Çünki orda oynayan futbolçular bilir ki, mövsümün sonudu və komandada qalmaları üçün ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlar. Necə gəldi oynayacaqlarını düşünmürəm. Maraqlı oyun olacaq.

– Yayda “İntyer”lə müqavilən bitir. Qalıb-qalmayacağınla bağlı suallar dolaşır. Son nöqtəıni qoymağını istəyərdim.

“İnter”lə danışıqlar gedir. Bu danışıqların necə yekunlaşacağını zaman göstərəcək. Təbii ki, burada qalmaq istəyirəm. İlk növbədə bu klubla danışıqlar aparıram.

– Digər klublardan təkliflər varmı?

Təkliflər var, ancaq ilk növbədə “İnter”lə danışıqlar aparıram. Çünki burada məni hər şey qane edir. Həm rəhbərlik, həm də baş məşqçiylə aram yaxşıdı. Ona görə, istəyirəm ki, burada qalım.

– Bizdə olan məlumata görə, bu klubda qalacaqsan və demək olar ki, bu məsələ həllini tapıb…

Yox, hələ tezdi bu haqda nəsə demək. Ancaq qalma ehtimalım daha çoxdu. Əgər “İnter”də qalsam yəqin ki, 2 illik müqavilə imzalayacayam. Çünki uzunmüddətli müqavilə yaxşıdı. Bir klubda daim çıxş etmək hər bir futbolçu üçün yaxşı göstərici ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43