Dünyadan

Vaqif oynamadı, komandası qələbə qazandı

Milli futbolçularımızdan Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın şərəfini qoruduğu “Qaziantep BB” PTT 1-ci Liqasında növbəti matçını keçirib.

İdmanxeber.com-un məlumatına görə, səfərdə “Samsunspor”la qarşılaşan “Qaziantep BB” 4-1 hesabı ilə qələbə qazanıb. Bu görüşdə Rəhmanın adı 18-liyə belə daxil edilməyib. Vaqif isə ehtiyatda qalmağı ilə yadda qalıb. Yalnız Ufuk Budak meydana çıxıb və 89 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, bu oyundan sonra 11 xal toplayan “Qaziantep BB” 12-ci pillədə qərarlaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43