Premyer Liqa

Vaqif Sadıqov: “Heç vaxt hakimliklə bağlı problemim olmayıb”

Premyer Liqanın 15-ci turunda Lənkərana səfər edən AZAL yerli “Xəzər Lənkəran”la oyunda 1-1 hesablı heç-heçəyə nail oldu. Sizi AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun oyun haqda fikirləri ilə tanış edirik:

“İkinci hissədə azlıqda qalsaq da, komanda xarakterini göstərdi. Komanda olduğumuzu bir daha göstərdik. Yolumuzu davam etdirəcəyik. 10-cu oyundur ki, qələbə qazana bilmirik. Ancaq tezliklə qələbəmiz olacaq və ardı gələcək. Heç vaxt hakimliklə bağlı problemim olmayıb, həmçinin bugünkü oyunda. Hakim də insandır, səhv edə bilər. İnanıram ki, heç bir oyunda hakim qərəzi olmayıb”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43