Premyer Liqa

Vaqif Sadıqov: “Keyfiyyət öz sözünü dedi”

Premyer Liqanın 21-ci turunda "Qarabağ" doğma meydanda AZAL-a (2:1) qalib gəldi. Qonaq komandanın baş məşqçisi Vaqif Sadıqovun matç haqda fikirləri ilə sizi tanış edirik:

"Bizə xallar lazım idi. Çalışdıq ki, "Qarabağ"la əvvəlki oyunlarda taktiki gedişləri tətbiq edək, qismən alındı. Keyfiyyət öz sözünü dedi. Müdafiədə boşluqla var, 29 qol buraxdıq. Bu da yaxşı hal deyil"

"60-cı dəqiqədən sonra biz daha çox fəal idi. Komandanı nə qədər təhlil etsək də, yenə səhvlər üzə çıxdı".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43