Ölkə futbolu

Vaqif Sadıqovun namizədliyi irəli sürülüb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir.

Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. Bununla bağlı, Peşəkar Futbol Liqası tərəfindən hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Vaqif Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına “Sumqayıt” Futbol Klubundan verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43