Ölkə futbolu

Vaqner de Silva: “Uğuru fərdiləşdirmək olmaz”

 Topaz Premyer Liqasında IV tura start verilib

İlk oyun günündə “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qalibiyyətilə yekunlaşıb. Oyundan sonra “Qarabağ”ın futbolçusu Vaqner de Silva jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibin çətinlik yaradacağını bilirdik. Biz də çalışdıq ki, bacardığımız qədər rəqibə çətin anlar yaşadaq. Daha böyük hesabla qalib olmaq olardı. Lakin əsas odur ki, meydandan qalib ayrıldıq. Buna görə də özümüzü təbrik edirəm.

– İlk hissədə etdiyin seyv bəlkə də bütün oyunun taleyini həll etdi. Bu barədə nə deyə bilərsən?

– Uğuru da, uğursuzluğu da fərdiləşdirmək lazım deyil. Biz udanda da, uduzanda da bunu komanda şəklində edirik. Hər kəs öz işini görür. Qapıya zərbə gələndə biz orda hazır olmalıyıq.

– Qarşıda “Sportinq”lə oyun var. Rəqibi nə dərəcədə tanıyırsan və qalib gəlmə şansı nə qədərdir?

– Rəqibi yaxşı tanıyıram və dəfələrlə onlara qarşı oynamışam. 9 oyunda qarşılaşıb, 2 oyunda məğlub olmuşuq. Oyunun çətin olacağı şübhəsizdir. Lakin hər oyun kimi, bu oyuna da ümidlə və hazır gedəcəyik.

– “Qarabağı”ın şansını necə dəyərləndirirsən?

– Əlbəttə qələbə qazanmaq şansımız var. “Qarabağ” öz ölkəsinin ən güclü komandasıdır, rəqib də bunu bilir. Ona görə də, ümidsizliyə düçar olmaq lazım deyil.

– “Qarabağ”da rəqabət apardığın Halderson öz millisinin qapısında 9 qol görüb gəlib. Vəziyyəti necədir? Baş məşqçi ona şans verəcəkmi?

– Bu, elə bir haldır ki, hamının başına gələ bilər. Növbəti oyunda kimin qapıda dayanacağına isə baş məşqçi qərar verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43