Dünya futbolu

VAR sistemi ÇL-nın 1/4 final mərhələsindən işə düşə bilər

VAR sistemi Çempionlar Liqasında da ola bilər

UEFA Prezidenti Aleksandır Ceferi ötən aylarda verdiyi açıqlamada cari mövsümdə Çempionlar Liqasında VAR sistemindən istifadə etməyəcəklərini bildirib. İngiltərə mətbuatı isə bunun əksinə ÇL-da VAR-dan istifadə edilə biləcəyi xəbərini verərək, Dünya Çempionatında bu sistemin nə qədər faydalı olduğu göründükdən sonra, UEFA-nın bunun bağlı bir daha düşünəcəyini yazıb. Xəbərdə VAR sisteminin Çempionlar Liqasının qrup mərhələsində deyil, 1/4 final mərhələsindən işə düşəcəyi bildirilib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43