Dünya futbolu

Varandan şok qərar – karyerasını bitirir

Rafael Varan Fransa millisindəki karyerasını bitirmək qərarına gəlib.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Bildirilir ki, 29 yaşlı futbolçu fiziki və psixoloji yoğrunluq hiss etdiyi üçün bu addımı atacaq. Bununla yanaşı, 29 yaşlı futbolçu ailəsinə daha çox vaxt ayırmaq istəyir.

Oyunçunun millidən getmək istəməsinin əsas səbəbəblərindən biri də dizindəki zədəsidir. “Mançester Yunayted”in müdafiəçisi sıx oyun qrafikinin zədəsinin sağalmasına mane olduğunu düşünür.

2013-cü ildə Fransa millisinə dəvət alan Rafael Varan yığmada 93 oyun keçirib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43