Müsahibə Ölkə futbolu

“Varta” oyunu bizim üçün vacib idi” – Elvin Camalov

“Sabah” klubunun kapitanı Elvin Camalovun idmanxeber.az saytına müsahibəsi

-Antalyada hazırlıq necə gedir?

Təlim-məşq toplanışı öz axarında davam edir. Hazılırğın ilk günləri hava əla idi. Ancaq son 4 gün güclü yağışlar başladı. Əlbəttə ki, bu, nisbətən çətinlik yaradır. Yenə də çalışırıq maksimum faydalı keçirək. Qalan hər şey öz qaydasındadır.

-İlk yoxlama matçında “Varta” ilə heç-heçə etdiniz. Oyunda komandanın zəif və müsbət tərəfləri nələr idi?

-Faslidən sonra ilk oyunumuz idi. Belə görüşlər hər zaman çətin olur. Bu da onlardan biri idi. Yağışlı hava şəraiti matçın ağırlaşmasına daha da təsir etdi. Ancaq ümumilikdə pis oynamadıq. Komanda yaxşı təsir bağışladı. Bütün oyunu rəqibdən üstün keçirdik. Son dəqiqədə buraxılan qolla qələbəni əldən verdik. Yoxlama görüşləri nəticədən daha çox öz səhvlərimizi görmək üçün vacibdir. Bu səbədən də “Varta” oyunu bizim üçün vacib idi.

-Rəqib Polşa klubu idi. Səncə, “Sabah”la arasında səviyyə fərqi görünürdü?

-“Varta” Polşanın təcrübəli klublarındandır. Heyətlərində kifayət qədər yaxşı futbolçular var. Ümumiyyətlə, Polşa futbolunun, yüksək liqanın səviyyəsi hamıya bəllidir. Zəif rəqibə qarşı oynamadıq. Yenə də bütün oyun bizim üstünlüyümüzlə keçdi.

-Mövsümə yaxşı başlasanız da, fasilədən öncə eniş dövrü var idi komandada. Bəs, fasilədən sonra necə olacaq?

-Eniş-çıxış futbolun bir parçasıdır. Mövsüm ərzidə uğurlu nəticələr olduğumu kimi bəzən əksi də baş verir. Heç bir klub bundandan siğortalanmayıb. Fasilədən sonra bu halların təkrarlanmamasına çalışacağıq. Əlbəttə, bütün hədəfimiz maksimum nəticə qazanmaqdır.

-“Sabah”ın güclənməyə ehtiyacı var?

-Buna ancaq məşqçilər heyəti cavab verə bilər. Mən onu deyə bilərəm ki, bizim o qədər də zəif heyətimiz yoxdur.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43