Milli komanda

Vasili Berezutski: “Azərbaycan millisi taktiki cəhətdən yaxşı komandadır”

“Komandamız yaxşı əhval-ruhiyyədə hazırlaşır. Peşəkar idmançı məğlubiyyəti tez unutmalıdır. Qarşıda seçmə mərhələ və bu yarış üçün hədəflərimiz var. Biz də buna doğru irəliləyirik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Vasili Berezutski ölkəsinin mətbuatına açıqlamasında deyib. Vasili sözlərinə belə əlavə etdi:

“Azərbaycan millisi taktiki cəhətdən yaxşı komandadır. Səkkiz-doqquz il öncə ilə müqayisədə indi bu komandaya qarşı oynamaq daha çətindir. Azərbaycan millisini yenə də avropalı məşqçilər çalışdırır. Bu mənada oyun bizim üçün asan olmayacaq. Dünya çempionatında zəif rəqib olmadığını gördük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43