Adı "Barselona" ilə birgə hallanan Yurgen Klopp baş məşqçisi olduğu "Borussiya"da qalacağını bildirib.
İdmanxeber.com-un məlumatına görə, Kloppun Xerardo Martinonu əvəzləyəcəyi bildirilirdi. Lakin Almaniya klubunun çalışdırıcısı "Barsa"nın bu istəyinə "yox" deyib.
Daha doğrusu Dortmund klubunun baş məşqçisi "Borussiya"da xoşbəxt olduğunu bildirib:
"Mən heç yerə getmirəm. "Borussiya"da xoşbəxtəm. Həyəcan keçirtməyə ehtiyac yoxdu".