Dünyadan

Və “Barselona”nın arzusu gözündə qaldı

Adı "Barselona" ilə birgə hallanan Yurgen Klopp baş məşqçisi olduğu "Borussiya"da qalacağını bildirib.

İdmanxeber.com-un məlumatına görə, Kloppun Xerardo Martinonu əvəzləyəcəyi bildirilirdi. Lakin Almaniya klubunun çalışdırıcısı "Barsa"nın bu istəyinə "yox" deyib.

Daha doğrusu Dortmund klubunun baş məşqçisi "Borussiya"da xoşbəxt olduğunu bildirib:

"Mən heç yerə getmirəm. "Borussiya"da xoşbəxtəm. Həyəcan keçirtməyə ehtiyac yoxdu".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43