16 Sentyabr 2024
Ölkə futbolu

Və “Xəzər Lənkəran” azarkeşlərini sevindirəcək xəbər – AÇIQLAMA

Kubokun yarımfinalında “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın heyətində Orxan Sadıqlı müəmması yaşanır.

İdmanxeber.com-un məlumatına görə, “Bakı” ilə oyunda zədələnən gənc qapıçının vacib oyunda komandasına kömək edib-etməyəcəyi məlum deyil.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada böyük ehtimalla Orxan Sadıqlının “Qəbələ” ilə oyunda iynə gücünə də olsa oynayacağını bildirib:

“Bəli, Orxan “Bakı” ilə oyunda Pena ilə təkbətək mübarizədə zədələndi. Onun zədəsi ciddidi. Ancaq bizim ona ehtiyacımız var. İynə gücünə də olsa, böyük ehtimalla oynayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43