Ölkə futbolu

Vəli Qasımov: “Bu oyunda böyük çətinlik çəkdik”

"Neftçi" bugün faciənin astanasından döndü. Rəqibin turu keçməsi üçün sadəcə bir qol lazım idi yalnız bunu bacarmadılar. Oyunsonrası mətbuat konfransında isə "Neftçi"nin baş məşqçisi Vəli Qasımov sakit görünürdü.
İdmanxeber.com sizə Vəli Qasımovun açıqlamalarını təqdim edir.

"Komanda bura gəzməyə gəlməmişdi. Layiqli mübarizə apardılar. İkinci hissədə inamımızı itirdik deyə əziyyət çəkdik. Birinci oyunda bundan yaxşı oynadıq. Həmin oyunda daha çox qol vura bilərdik. Bütün oyunlar bir olmur. Bu oyunda böyük çətinlik çəkdik. Oyunçuların yorulmağı normaldır. Qoldan sonra anlaşılmazlıq oldu. İlk hissədə işə daha ciddi yanaşdıq. Texniki səhvlərə yol verdik. Caironun fiziki quruluşu belədir deyə ağır görsənir. Texniki cəhətdən yaxşı futbolçu deyil. Komanda yaxşı oynuyurdu. Əlimizdən gələni edirdik meydanda. Gələn oyuna daha ciddi yanaşacağıq. Cavid ayağında top saxlayır deyə onu oyuna daxil etdim. Bu yarımmüdafiəçilərin yükünü azaldırdı. Rəqib burada daha yaxşı oynadı. Amma sonda öz futbolçularımı təbrik edirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43