Dünya futbolu

Venger: “Bavariya”ya cavab verəcək gücdə deyildik”

“Qəribə matç idi. Birinci hissədə yaxşı oynadıq və iki qol imkanı yaratdıq. Amma 53 və 56-cı dəqiqələrdə qol buraxdıq. İki qolu qısa müddətdə qapımızda görmək işimizi çətinləşdirdi. Matçı təhlil etmək lazımdır. Bu iki qola qədər biz kifayət qədər yaxşı idik. Oyunun gedişinə nəzarət edirdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalında “Bavariya” ilə ilk oyundan (1:5) sonra deyib.

Fransalı mütəxəssis nəticənin onlar üçün çox pis olduğunu bildirib: ” Son 25 dəqiqə bizim üçün kabus oldu. Görünən o idi ki, “Bavariya”ya cavab verəcək gücdə deyildik. Bu, çox pis nəticədir. Ancaq bununla barışmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43