Dünya futbolu

Venger qərarını nə vaxt açıqlayacaq?

“Arsenal”ın baş məşqçisi Arsen Venger klubdakı gələcəyi ilə bağlı yekun qərarı mövsümün sonunda qəbul edəcək.

Bu haqda London klubundan məlumat verilib.

Vengerin “Arsenal”la hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Onun yeni sözləşmə imzalayıb-imzalamayacağı geniş müzakirə mövzusudur.

London klubunun azarkeşləri komandanın cari mövsümdəki çıxışından narazıdırlar. Ona görə də fanatların çoxu fransız mütəxəssisin gedişinin lehinədir.

Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqada altıncı yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43