29 Sentyabr 2024
Kateqoriyasız

Venger şikayətçi oldu: “Meydançanı tərk edərkən mənə butulka atdılar”

Çempionlar Liqasının pley-off mərhələsində “Beşiktaş”ın qonağı olan “Arsenal” klubunun baş məşqçisi Arsen Venger oyundan sonra mətbuatla fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, Vengerin matç haqqında fikirləri belə olub:

“Çətin bir oyun oldu. “Beşiktaş” yaxşı oynadı. Hücumda səviyyəli futbolçular var. Oyuna sürətli və yaxşı başladılar. Ancaq bizim də qol vurmaq üçün yaxşı şanslarımız oldu. Lakin imkanlardan yararlana bilmədik. Cavab matçında daha yaxşı oynayıb, istədiyimiz nəticəni qazanacağımıza inanıram. Remzinin qırmızı vərəqə almasına gəlincə bu ədalətsiz qərar idi. Remzi sarı vərəqəlik bir şey etməmişdi. Bunu hakimin qeyri-ciddi qərarı hesab edirəm”.

Daha sonra təcrübəli mütəxəssis azərkeşlərin ona qarşı etdiyi tərbiyəsizlikdən danışıb:

“Meydançanı tərk edərkən mənə butulka atdılar. Bu barədə UEFA nümayəndələrinə məlumat verdim”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43