29 Sentyabr 2024
Kateqoriyasız

Venger UEFA-ya şikayət etdi

“Arsenal” klubunun baş məşqçisi Arsen Venger dünən Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Beşiktaş”la oyundan sonra UEFA-ya şikayət edib.

İdmanxeber.com-un məlumatına görə, buna türkiyəli azarkeşin oyundan sonra paltardəyişmə otağına gedən fransalı mütəxəssisə şüşə qab atması səbəb olub.

Bununla bağlı UEFA nümayəndəsinə məlumat verən Venger baş verənlərdən narazılığını ifadə edib. Artıq UEFA-nın məsələ ilə əlaqədar araşdırmaya başladığı bildirilir. A.Vengerə şüşə qabın atılması sübuta yetirilərsə, “Beşiktaş”ın cəzalandırılacağı istisna olunmur.

Qeyd edək ki, məlumatı “The Guardian” qəzeti yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43