Dünya futbolu

Vengerlə dava etdi, “Arsenal”dan ayrılır

Çili millisinin hücumçusu Aleksis Sançesmövsümün sonunda “Arsenal”ı tərk edəcək.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı futbolçu Premyer Liqanın XXVII turunda “Liverpul”la səfər matçından (3:1) öncə komandanın baş məşqçisi Arsen Vengerlə mübahisə edib. Sançesmütəxəssislə qalmaqaldan mövsümün sonunda klubu tərk etmək barəsində qərar verib.

Ancaq “Liverpul”la matçdan sonra keçirilən mətbuat konransında baş məşqçi Arsen Venger Aleksisin ehtiyat oyunçular skamiyasında oturmasını qalmaqalla əlaqələndirməyib:”Heyət seçimləri hər zaman müzakirə mövzusudur. “Arsenal”da bütün futbolçular yüksək səviyyədədir”

Qeyd edək ki, Aleksis Sançes “topçular”a 2014-ü ildə “Barselona”dan transfer olunub. Onun London klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43