16 Sentyabr 2024
Dünya futbolu

Verner bu gün Londonda olacaq

Timo Verner “Tottenhem”lə müqavilə imzalamaq üçün bu gün Londonda olacaq.

İdmanxeber.az-ın məlumatına görə, London klubu və “Leypziq” arasında bütün məsələlərdə razılıq əldə olunub. “Tottenhem” mövsümün sonunda 19 milyon avro ödəyərək almaniyalı forvard birdəfəlik heyətinə qata biləcək.

Verner daha öncə 2020-22 mövsümlərində “Çelsi” formasıyla Premyer Liqada çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43