29 Sentyabr 2024
Kateqoriyasız

Veşoviç “Qarabağ”dan ayrılır? – Qurban Qurbanov açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rusiya Premyer Liqası klublarının Marko Veşoviçlə maraqlanması iddiasına münasibət bildirib.

50 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.

Qurbanov bunun normal olduğunu söyləyib: “Dəfələrlə belə hal yaşanıb. Çox futbolçumuza təkliflər olub. Veşoviçin bizimlə müqaviləsi var. Yeni sözləşmə qarşıdakı aylarda müzakirə ediləcək. Narahat olacaq bir şey yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43