Dünya futbolu

“Vest Hem ” daha bir futbolçunu heyətinə qatdı

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib. 

İdmanxeber.com-un məlumatına görə, London klubu “Suonsi”nin futbolçusu Andre Ayunu transfer edib.

26 yaşlı oyunçu yeni komandası ilə münasibətlərini ötən gün rəsmiləşdirib.

Qana millisinin forvardı paytaxt klubunda 20 nömrəli forma altında çıxış edəcək. 
 
Bu trasnfer “Vest Hem” tarixinin ən bahalı futbolçusu olub. Belə ki, londonlular keçid üçün “Suonsi”yə 20,5 milyon avro ödəyib və tarixinin ən bahalı transferini gercəkləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43