20 Sentyabr 2024
Dünya futbolu

“Vicdanım təmizdir, klub üçün əlimdən gələni etdim” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, o, gələcəkdə kluba rəhbərlik edəcək mütəxəssisə hansı məsləhətləri verə biləcəyi ilə bağlı sualı cavablandırıb.

“Mənim tövsiyəm odur ki, təbii davransın və təsir altına düşməsin. Arzum “Barselona”nı çalışdırmaq, qalib gəlmək idi və buna nail oldum. Vicdanım təmizdir, klub üçün əlimdən gələni etdim. Gələcək məşqçiyə işdən həzz almağı məsləhət görürəm. Baxmayaraq ki, bu mümkün deyil”.

Xavi La Liqanın 22-ci turunda “Vilyarreal”a məğlubiyyətdən (3:5) sonra mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb. O, 2021-ci ilin payızından kluba rəhbərlik edir. Komanda 44 xalla İspaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43