Dünya futbolu

Vidal: “Çelsi”yə getməyi düşünmürəm”

“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal “Çelsi”nin marağına baxmayaraq “Bavariya”dan getmək fikrində deyil.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə verdiyi açıqlamada yayılan məlumatların şayiə olduğunu bildirib:

“Bunlar şayiədir. Doğrudur mən 4 il Kontenin rəhbərliyi altında “Yuventus”da oynamışam. Buna baxmayaraq, “Bavariya”dan getməyimə heç bir səbəb yoxdur. Bu klubun formasını qürurla daşıyıram.

Həm mən, həm də həyat yoldaşım Münxendə xoşbəxtik. “Bavariya”da böyük məqsədlərim var”, – deyə Vidal qeyd edib.

Qeyd edək ki, bir müddət yayılan məlumata görə “Çelsi” Vidala görə 56 milyon funt sterlinq ödəməyə hazırdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43