Dünya futbolu

Vidal PSJ-yə keçir?

“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal daha bir top-klubun maraq dairəsinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı futbolçunu PSJ heyətinə qatmaq niyyətindədir. Bu barədə Çili mətbuatı məlumat yayıb.

Məlumata görə, Paris klubunun idman direktorunun fikrincə, Vidalın keçidi komandanın xarakterini möhkəmlədə bilər.

Qeyd edək ki, bu mövsüm Almaniya çempionatında Vidal 3 dəfə rəqib qapılarına yol tapa bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43