Kateqoriyasız

Videokonfrans formatında iclas keçirilib

Bu gün Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2021-22-ci il Lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.

İclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:

– Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
– Ötən mövsümün icmalı
– Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43