Dünya futbolu

Viktor Valdes klubsuz qaldı

İspaniya yığmasının və “Barselona”nın sabiq qolkiperi Viktor Valdes klubsuz qalıb.

35 yaşlı qolkiper çıxış etdiyi “Midlzbro”dan ayrılıb. Valdes Çempionşipə düşən klubda çıxış etmək istəməyib.

Təcrübəli qolkiperin xidmətində “Deportivo” və “Malaqa” maraqlıdır.

Valdes mövsümün əvvəlində  “Mançester Yunayted”dən “Midlzbro”ya keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43