Ölkə futbolu

“Viktoriya” – “Qarabağ” matçı “CBC Sport”da – RƏSMİ

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın III təsnifat mərhələsində “Viktoriya Plzen” klubu ilə səfər qarşılaşması CBC Sport-la canlı yayımlanacaq.

İdmanxeber.com-un telekanalın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun yayımı ilə bağlı danışıqlar indi müsbət nəticə verib.

 “Viktoriya Plzen” – “Qarabağ” matçi bu gün saat 22:15-də start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43