Ölkə futbolu

“Viktoriya”nın futbolçusu: “Yihlava” ilə oyundan sonra çox vaxtımız olmadı”

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Qarabağ" doğma meydanda Çexiya çempionu "Viktoriya" ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, çex klubunun üzvü Radim Raznik klub saytına açıqlamasında bunları deyib:

"Biz "Qarabağ"ın evdə güclü olduğunu dana bilmərik. Lakin biz də geridə səhvə yol verməyərək qol vurmağa çalışacağıq. Məqsədimizə nail olacağımıza inanıram. Ev oyununda qapanıb topu tutmağı bacardıq. Rəqibin cərimə meydançası ətrafında daha çox oynadıq, amma şanslarımızı dəyərləndirə bilmədik. "Yihlava" ilə çempionatdakı oyundan sonra çox vaxtımız olmadı. Sadəcə bir bərpaedici məşqlə kifayətləndik. Oyuna hazırlaşmaq üçün bugün və sabah bütün komanda birgə çalışacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43