25 Yanvar 2021
Kateqoriyasız

Vinfrid Şefer: “Riçard Almeyda meydanda əsl liderdir”

Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunun baş məşqçisi Vinfrid Şefer Riçard Almeydanın transferi barədə fikirlərini bölüşüb.

Almaniyalı mütəxəssis Azərbaycan millisinin üzvünün onun komandası üçün dəyərli əlavə olduğunu bildirib:

“Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir”.

2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürmüşdü.

Vinfrid Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək “Bakı”nın baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA çempionatlarla bağlı qərar verdi

admin

Fiqudan final çağırışı: Mən də Bakıda olacam

admin

Premyer Liqanın taleyi ilə bağlı iclas keçirildi

admin