Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunun baş məşqçisi Vinfrid Şefer Riçard Almeydanın transferi barədə fikirlərini bölüşüb.
Almaniyalı mütəxəssis Azərbaycan millisinin üzvünün onun komandası üçün dəyərli əlavə olduğunu bildirib:
“Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir”.
2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürmüşdü.
Vinfrid Şefer 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək “Bakı”nın baş məşqçisi olub.