“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli bu gün AZAL-la oyunda Zohair Benuahinin xidmətindən məhrum olacaq.
İdmanxeber.com-un məlumatına görə, mərakeşli futbolçu qrip virusuna yoluxub. Dünənki məşqdə də iştirak etməyən Benuahinin bugün AZAL-la oyunda meydana çıxmayacağı dəqiqləşib.
Mərakeşli yarımmüdafiəçi “Qəbələ”ylə kubokun yarımfinal matçının cavab görüşündə meydanda ola biləcək.