Dünyadan

Vitsel “Yuventus”la razılığa gəldi

“Zenit”in yarımmüdafiəçisi Aksel Vitsel “Yuventus”a keçməyə yaxındır.

İdmanxeber.com-un məlumatına görə, Belçika millisinin üzvü Turin klubu ilə şəxsi müqaviləni razılaşdırıb və özünə 28 nömrəli formanı seçib.

Məlumata görə, yanvar ayında “Yuventus” onu “Zenit”dən 6 milyon avroya transfer etməyə çalışacaq.

Xatırladaq ki, Vitselin “Zenit”lə olan  müqaviləsi yayda başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43