İdman

Voleybol millimizdən bərbad göstərici

Niderlandda qadın voleybolçular arasında keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsinə yekun vurulub. 

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan yığması turnirdə son oyununa çıxıb. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını itirən millimiz formal xarakter daşıyan oyunda Polşa ilə qarşılaşıb və yenə uduzub. İlk iki oyunda məğlub olan yığmamız bu görüşdə də uduzub – 0:3.

10 yanvar

Avropa Təsnifat Turniri

A qrupu

Polşa – Azərbaycan 3:0 (25:19, 25:19, 25:23)
Apeldorn (Hollandiya), “Omnisport” salonu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43