Müsahibə

Volkan Dəmirəl: “Lənkərandakı oyunu xatırlamaq istəməzdim”

“Fənərbaxça”nın qapıçısı Volkan Demirel Antalya toplanışı çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş yoxlama oyunu (0:0) ilə bağlı jurnalistlərin suallarını cavablayıb. 

– “Neftçi”yə qarşı oyunu necə qiymətləndirirsiniz?

– Bu, yoldaşlıq oyunu idi, ancaq maraqlı keçdi. Biz toplanış çərçivəsində dörd oyun keçirdik: Birində qələbə qazandıq, iki heç-heçə etdik, bir oyunda məğlub olduq.

– Rəqib necə təsir bağışladı?

– Azərbaycan futbolu hazırda yüksəlişdədir, bu, görünür. Təsnifat mərhələlərinin birində yığmaların görüşünü xatırlayıram (o zaman komandalar evdə 1:0 hesablı qələbə qazanmışdı – red.). Ancaq düzünü deyim, milli komanda ilə klubu müqayisə etmək, məncə, düzgün deyil.

– Siz həmçinin, ötən il “Xəzər Lənkəran”a qarşı oyun keçirmişiniz və “Fənərbaxça” 4:0 qalib gəlmişdi. Bu iki Azərbaycan komandasını müqayisə edə bilərsiniz?

– Lənkərandakı oyunu xatırlamaq istəməzdim. Hesabı özünüz də xatırlayırsınız. Baxın, özünüz kimn güclü olduğunu müəyyən edin: “Neftçi” yoxsa “Xəzər Lənkəran”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43