Dünya futbolu

Volkan Dəmirəlin meneceri danışdı

Adı “Qarabağ”la hallanan “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəlin meneceri Erdinc Şehit açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, təcrübəli “əlcək sahibi”nin gələcəyi ilə bağlı danışıb. Şehit Türkiyə millisinin sabiq üzvünün “Fənərbaxça”da qalacağını bildirb:

“Volkan Dəmirəl uzun illər milli komandada və “Fənərbaxça”da oynamış bir futbolçudu. Ona görə də onunla bağlı bu cür xəbərlərin yayılması normaldı. Ancaq Volkanın “Fənərbaxça”dan ayrılmasıdan söhbət gedə bilməz”.

Qeyd edək ki, 35 yaşlı qapıçı 2002-ci ildən “Fənərbaxça”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43