Kateqoriyasız

“Vorskla” – “Qarabağ” matçında fasilə: Azarkeşlər meydana yanıcı maddə atdılar

Hazırda davam edən “Vorskla” – “Qarabağ” matçında fasilə yaranıb.

İdmanxeber. az-ın Poltovaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, buna səbəb ev sahibi komandanın tərəfdar qrupunun meydana yanıcı maddə və müxtəlif cisimlərin atması olub. Onlar komandaların zəif çıxışına etiraz olaraq bu şəkildə təpki göstəriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43