Dünya futbolu

“Vorskla” üçün “Qarabağ”la oyunlar çətin olacaq”

“Qarabağ”ın oyunlarının nəticələrini izləyirəm. Hərdən klubun bəzi işçiləri ilə əlaqə saxlayıram. Onların güclü komandası var. “Vorskla” üçün “Qarabağ”la həm ev, həm də xüsusən səfər oyunu çətin olacaq. “Qarabağ” hazırlıqlı komandadır və Avropa turnirlərin təcrübəsi rəqibin tərəfindədir”.

Bu sözləri  “Qarabağ”ın sabiq futbolçusu Sergey Kravçenko Ukrayna mətbuatına verdiyi müsahibədə deyib. Hazırda ölkəsi Ukraynanın “Dnepr-1” klubunun şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi “Vorskla”nın “Arsenal”la oyunu haqda danışıb:

“Arsenal”ın baş məşqçisi Unay Emerinin meydana döyüşkən heyət buraxması məni təəccübləndirdi. Deməli, “Vorskla”ya hörmət edirlər. Poltavalıların “Emirates” stadionunda iki qol vurmağı və böyük hesablı məğlubiyyətdən qurtulmağı bacardı. .

Kravçenko “Vorskla”nın qrupdakı  şansını da dəyərləndirib: “Ümid sonda ölür. Hərçənd, açıq danışsaq, “ağ-yaşıllar” çətin ki, sensasiya edə bilsinlər”.

Qeyd edək ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.

Xatırladaq ki , S.Kravçenko 2005-ci ildə “Qarabağ”da çıxış edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43