Dünya futbolu

“Vorskla”nın əsas oyunçusu “Qarabağ” qarşı oynamaya bilər

 “Vorskla” klubunun əsas futbolçusu Aleksandr Kobaxidze çiynindən əməliyyat oluna bilər.

Ukrayna mətbuatının yaydığı xəbərə görə, “Vorskla” klubunun oyunçusu Aleksandr Kobaxidze çiynindən əməliyyat oluna bilər. Gürcüstanlı yarımmüdafiəçi özü bu barədə açıqlama verərək bildirib ki, əməliyyat olunacağı təqdirdə böyük ehtimal ilin sonunadək meydanlaradan uzaq qalacaq. Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu “Qarabağ”a qarşı keçirəcəyi hər iki matçı  buraxa bilər.

Qeyd edək ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43