Dünya futbolu

“Vorskla”nın baş məşqçisi: “Bu aqressivlik “Qarabağ” oyunu üçün kifayət edər”

“Qarabağ”ın Avroliqadakı rəqibi olan “Vorskla” komandası Ukrayna çempionatının 12-ci turunda “Lvov”u məğlub edib. Oyundan sonra mətbuat konfrasnı keçirən “Vorskla”nın baş məşqçisi Vasili saçko “Qarabağ”la oyun barəsində də danışıb:

“Bu qələbə “Qarabağ” oyunu öncəsi bizə yaxşı motivasiya oldu. Oyunçularım çox yaxşı mübarizə apardı. Aqressiv oynamağımız məni sevindirir. Çünki matçdan öncə bu barədə danışmışdıq. Qələbə qazandıqdan sonra qarşıdakı oyunlara daha yaxşı hazırlaşırıq. Düşünürəm ki, bu aqressivlik və emosiya “Qarabağ” oyunu üçün kifayət edər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43