Dünya futbolu

“Vorskla”nın baş məşqçisi: “Qarabağ” autsayder deyil”

Vasili Saçko “Qarabağ”dan danışıb.

Avropadakı tək təmsilçimiz “Qarabağ”ın qrup mərhələsindəki rəqibi “Vorskla”nın baş məşqçisi Vasili Saçko ölkə mətbuatına açıqlama veirb. O, təmsilçimiz barəsində bunları deyib:

“Qarabağ”ı autsayder adlandırmaq olmaz. Onların belə oyunlarda kifayyət qədər təcrübəsi var.  Unutmayaq ki, bu komanda ötən mövsüm Çempionlar Liqasında mübarizə aparıb”.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Sportinq”in, “Vorskla” isə “Arsenal”ın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43